10 May, 2017

"QƏLƏBƏ GÜNÜ"NƏ HƏSR OLUNMUŞ "AÇIQ DƏRS"

08.05.2017 – ci il tarixində 3d sinfində (rus bölməsi) ibtidai sinif müəllimi A.Qənbərova “Qələbə günü” mövzusunda “Açıq dərs” keçmişdir. Dərsdə müşahidəçi kimi direktor A.Əzizova, müavinlər: Ü.Nuriyeva, E.Ələndərova, ibtidai sinif müəllimləri M.Təranə, N.Yeganə, R.Emilya, Y.Nigar iştirak edirdilər. Sinifin ümumi tərtibatı dinləniləcək maraqlı bir dərsdən xəbər verirdi. Sinfin ortasında qoyulmuş əsgər tonqalı, çəkmə, su qabı, bel, əsgər paltarı, arxa cəbhəni əks etdirən ilmələr, iplər, toxunma corablar o dəhşətli, barıt qoxulu günlərdən xəbər verirdi. Şagirdlərin başındakı əsgər beretkaları, stollar üzərindəki “чапатриот”, “дружба”, “юность”, “товарищ”, “пламя” kimi qrup adları dərsin mövzusundan xəbər verirdi. Əvvəlcə Arzu xanım şagirdləri və qonaqları salamlayaraq, şagirdlərə uğurlar arzuladı. Daha sonra elektron lövhədə göstərilən mövzuya bağlı şeir görüntüləndi. Şeir müəllim və şagirdlər tərəfindən xüsusi intonasiya ilə söylənildi. Şeirlə bağlı müəllimin verdiyi suallara şagirdlərin cavabları aydın və maraqlı idi. Qruplara verilən ayrı – ayrı tapşırıqlara verilən cavablar təqdimatlarda öz əksini tapdı. Müəllimin müharibə hansı bəlalar gətirir? Sualına şagirdlər düşündürücü cavabları verdilər. Bütün qrupların üzvləri Azərbaycanın xəritəsini ağ, sülh göyərçinlərinin, şəkilləriylə bəzədilər. Dərs qiymətləndirmə ilə başa çatdı. Arzu xanım özünəməxsus şəkildə qiymətləndirmə apardı. Bütün qruplar yüksək qiymətləndirildi. Qruplara günəş təsvir olunmuş bukletlər təqdim olundu. Sonda Arzu müəllim “Qələbə Günü”nu “Şuşanın işğalı ilə əlaqələndirdi. Hər iki müharibənin oxşar və fərqli cəhətləri barədə uşaqlara suallar verdi. Böyük Vətən müharibəsi ilə yanaşı Qarabağ döyüşlərinin qəhrəmanları haqqında verilən məlumatlar dərsin yaddaqalan məqamlarından idi. “Dərsin sonunda direktor A.Əzizova ilə birlikdə digər müşahidəçi müəllimlər də dərsdən razı qaldıqlarını bildirərək, mənmunluqlarını ifadə etdilər.

10 May, 2017

news